“Hraparak”: Paşinyan-Putin görüşü planlaşdırılmış görüş olmayıb

2022/04/625ef-1650392068.jpg
Oxunub: 504     18:10     19 May 2022    
KTMT-yə üzv ölkələrin liderlərinin Moskvada keçirilən görüşü zamanı Nikol Paşinyanın Rusiya prezidenti ilə görüşü əvvəldən planlaşdırılmış görüş olmayıb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Qeyd olunub ki, bunu əvvəlcədən elan edilmiş gündəmdə Putinin Belarus, Tacikistan, Qazaxıstan və Qırğızıstan liderləri ilə görüşlərinin qeyd olunması, Ermənistanın isə onların arasında olmaması da sübut edir.

“Lakin sonradan məlum oldu ki, Paşinyan-Putin görüşü də olub. Rusiya tərəfi Paşinyanın görüş xahiş etdiyini açıqlayıb. Ermənistan daxilindəki bu narahat günlərdə Paşinyan göstərməyə çalışır ki, Rusiyadan dəstək var, tez-tez Rusiya prezidenti ilə görüşür və Avropadan telefon danışığı olur. Bütün cəhdlərə baxmayaraq, Paşinyanın planı qismən baş tutmayıb. Putinlə görüşdən bir neçə saat sonra Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Moskvanın Ermənistanın daxili işlərinə qarışmadığını elan etməyə tələsib. Yeri gəlmişkən, rəsmi mənbələrimiz bildirir ki, Paşinyan Moskvadan qayıtdıqdan sonra depressiyaya düşüb və hökumət malikanəsində bir sıra adamları, hüquq-mühafizə orqanlarının rəhbərlərini və komanda yoldaşlarını qəbul edib. Və ötən gün o, vəziyyəti müzakirə etmək üçün Təhlükəsizlik Şurasının iclasını çağırıb”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Putin   Paşinyan  


Bizi "telegram"da izləyin