Ordu.az xəbər verir ki, bu barədə Çüxiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, Çexiya Almaniya ilə növbəti illərdə daha 50 daha müasir “Leopard 2A7+” tanklarının alınması ilə bağlı danışıqlara başlayacaq.
Almaniya təəfindən hədiyyə olunan tanklar bu il Çexiyaya verilə bilər.
Çexiyanın tank arsenalında 30 modernləşdirilmiş T-72M4CZ tankı və modernləşdirilməmiş daha bir neçə digər model tanklar var. Fevralın 24-də Rusiyanın işğalı başlayandan sonra ölkə artıq modernləşdirilməmiş tanklarının bir hissəsini Ukraynaya göndərib.
Çexiya, həmçinin Ukraynaya ordu anbarlarından və özəl silah şirkətlərindən artilleriya, döyüş maşınları, zenit texnikası və Yaylım Atəşli Reaktiv Sistemlər (YARS) də daxil olmaqla bir çox hərbi texnika göndərib.
Sevinc Əliyeva
Ordu.az