Ordu.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Müqavilənin dəyərinin 5,5 milyard dollar olduğu bildirilir.
İsveçrə keçən il yeni nəsil döyüş təyyarəsinin alınmasına qərar verib. Hazırkı hökumətə müxalif olan qüvvələr bahalı təyyarələrinin alınmasını tənqid edir və müqavilənin ləğv edilməsi üçün referendum keçirəcəklərini bildirirlər.
Hökumət təyyarələrin daha tez çatdırılmalı olduğunu düşünür, ona görə müqaviləni referendum təyin edilmədən imzalamaq niyyətindədir.
“2030-cu ildən sonra əhalinin havadan gələn təhlükələrdən qorunmasını təmin etmək üçün təyyarə 2027-ci ildən başlayaraq təhvil verilməlidir”, - deyə hökumət rəsmiləri bildirir.
Qeyd edək ki, Finlandiya 64, Almaniya 35, Kanada isə 88 ədəd F-35A almaq istəyir.
Sevinc Əliyeva
Ordu.az