““Dəmir Günbəz” Ukrayna üçün uyğun deyil” - Aretoviç

2021/09/63472-1631773550.jpg
Oxunub: 568     15:34     19 May 2022    
“Dəmir Günbəz” sistemi Ukrayna üçün uyğun deyil, ruslar istənilən nöqtədən zərbə endirə bilər”.

Ordu.az xəbər verir ki, bunu Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Aleksey Arestoviç bildirib.

Arestoviç bildirib ki, “Dəmir Günbəz” sistemi yaxşı işləyir, ancaq Ukraynanın hazırkı şərtlərə görə bu sistemə ehtiyacı yoxdur.

“Dəmir Günbəz çox xüsusi bir silah sistemidir. O, yalnız İsrail şəraitində yaxşı işləyir”, - deyə Aretoviç bildirib.

O qeyd edib ki, Rusiya faktiki olaraq Ukraynanı mühasirəyə alıb, söhbət minlərlə kilometrdən gedir.

“Düşmən istənilən nöqtədən zərbə endirə bilər, ona görə də Ukrayna Silahlı Qüvvələrinin hərbçilərinin daha müasir hava hücumundan müdafiə sistemlərinə ehtiyacı var”, - deyə Ukrayna rəsmisi bildirib.

Arestoviç qeyd edib ki, “Dəmir Günbəz” sistemi çox bahadır: “Bu pula siz müdafiəçilərimizə düşmən hücumlarını dəf etməkdə daha effektiv kömək edəcək universal silah ala bilərsiniz. “Dəmir Günbəz” Ukraynaya uyğun olsaydı belə, İsrail bizə belə bir sistemi satmaz”.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Dəmir-günbəz   İsrail   Ukrayna  


Bizi "telegram"da izləyin