Ordu.az xəbər verir ki, bunu Ermənistanın İctimai Şurasının keçmiş sədri, erməni politoloq Styopa Səfəryan deyib.
Erməni politoloqun sözlərinə görə, 2018-ci il dram olub və bu gün İrəvan küçələrində sirk var.
“Bu nümayişlər müxalifətin əsl elektoratını göstərdi. Bu, müxalifətin özünütəmizləmə prosesidir. Müxalifət çox gözəl anlayır ki, Paşinyan təkcə daxildə deyil, xaricdə də qalib gəlib. Heç bir legitimliyi olmayan bu müxalifət seçici asılılığının nə olduğunu bilmir. Müxalifət çox gözəl anlayır ki, nə Amerika, nə Rusiya, nə də Aİ Nikol Paşinyanı buraxmayacaq”, - deyə Səfəryan qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az