Erməni sədr: “Azərbaycan KTMT-də müşahidəçi varlığı ilə konkret şeylər alacaq”

2022/05/ermen-1652870440.jpg
Oxunub: 455     15:31     19 May 2022    
“Paşinyanın KTMT tərəfdaşlarını tənqid etməsinin çətin ki, praktik nəticələri olsun”.

Ordu.az xəbər verir ki, bunu İrəvan Mətbuat Klubunun sədri Boris Navasardyan deyib.

Navasardyanın sözlərinə görə, Paşinyanın KTMT-dəki çıxışından nəticə olmayacaq və bu çıxış ritorika meydanında qalacaq.

“Problemləri həll etməklə KTMT-dən başqa müxtəlif istiqamətlərdə işləmək Ermənistanın milli maraqlarına uyğundur. Hansı oyunçu bizi geridə qalmış xarici siyasət yürüdən ölkə hesab etmir?”, - deyə o bildirib.

Navasardyan qeyd edib ki, bu gün Azərbaycan Rusiya ilə müxtəlif sövdələşmələrə daxil olmaqdan çəkinməyəcək, çünki onun Türkiyə kimi tərəfdaşı var və o, Rusiya ilə sövdələşmələrdən asanlıqla imtina edə bilər.

“Azərbaycan KTMT-də müşahidəçi varlığı ilə konkret şeylər alacaq”, - deyə İrəvan Mətbuat Klubunun sədri vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   KTMT  


Bizi "telegram"da izləyin