“1in.am”: Küçələrdə təkcə müxalifətin uğursuzluğu əks olunmur

2022/05/WS742-1651837211.jpg
Oxunub: 457     19:37     19 May 2022    
İrəvan küçələrində parlament müxalifətinin uğursuzluğu qeydə alınır. Əslində isə bu, yalnız ilk baxışdan müxalifətin uğursuzluğudur.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “1in.am” nəşri yazıb.

Nəşr qeyd edib ki, əslində, söhbət ümumilikdə Ermənistanın uğursuzluğundan gedir, çünki bütövlükdə ictimai etimad baxımından siyasi hakimiyyətlə rəqabət aparan siyasi müxalifəti olmayan dövlət uğursuzluğa düçar olub.

“Ermənistandakı siyasi böhranın səbəbi siyasi hakimiyyətlə bərabər legitimliyə malik siyasi müxalifətin olmamasıdır. Bu, kəskin təzahürlərə malik olmayan, lakin dövlət orqanizminin həyati fəaliyyətində həm daxili, həm də xaricdə uzunmüddətli geriləmə yaradan ciddi böhran növüdür. Ermənistanda “proqressiv” məntiqlə siyasi prosesin başlanmasını, onun sistemli, institusional irəliləyişini öz üzərinə götürməyə hazır olan qüvvələr varmı? Bu, dərin siyasi böhranın həllində əsas məsələlərdən biridir”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Müxalifət   Aksiya  


Bizi "telegram"da izləyin