Ordu.az xəbər verir ki, bunu erməni siyasi xadim Vahram Atanesyan deyib.
Onun sözlərinə görə, hətta Türkiyə və Qazaxıstan arasında birgə PUA istehsalından söhbət gedir.
“Bundan əvvəl Qırğızıstan prezidenti Türkiyədə olub. Turan Ordusu layihəsini heç kim gündəmdən çıxarmayıb. Ermənistanın ciddi təhlükəsizlik problemləri var. Və əgər KTMT qarant və ya natamam qarant deyilsə, o zaman biz təhlükəsiz mühiti təmin etmək üçün resursları da diversifikasiya edə bilərik. Mən vəziyyəti belə başa düşürəm”, - deyə Atanesyan qeyd edib.
Erməni siyasi xadim bildirib ki, Qarabağın “statusu” ilə bağlı yekun razılaşmanın mümkün olduğunu düşünmür.
Alpər Mövludoğlu
Ordu.az