Keçmiş erməni deputat: “Paşinyan anti-rus, qərbyönlü dairələri sevindirmək məqsədi güdürdü”

2022/05/image-1652870216.jpg
Oxunub: 351     16:35     19 May 2022    
“KTMT-yə müraciət olmayıb, struktur da nizamnamə tələblərinə uyğun olaraq cavab verməyib”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan parlamentinin Çiçəklənən Ermənistan Partiyasından olan keçmiş deputatı Arman Abovyan bildirib.

Onun sözlərinə görə, ümumiyyətlə Nikol Paşinyanın Moskvada davranışı qəribə və eyni zamanda məntiqli idi.

“Bu, 2 məqsəd güdə bilər. Birincisi anti-rus, qərbyönlü dairələri sevindirmək məqsədidir, ikincisi daxili siyasi məqsəddir. Hakimiyyət nə qədər guya Ermənistanda heç nə baş vermədiyini desə də, reallıqda belə deyil, ciddi proseslər gedir. Ən azı iki müxalifət qüvvəsi parlamentdə olmayanda parlament böhranı yaşayırıq. İndi yenə də günahkarları göstərməyə çalışırlar. Hakimiyyət, sən öz ərazi bütövlüyünü qorumaqdan imtina edirsənsə, KTMT sənin əvəzinə niyə vuruşmalıdır?”, - deyə Abovyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: KTMT   Ermənistan  


Bizi "telegram"da izləyin