Ordu.az xəbər verir ki, bunu Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan deyib.
Onun sözlərinə görə, təbii olaraq müxtəlif məsələlərlə bağlı fikir ayrılıqları var, amma onu da qeyd etmək lazımdır ki, ekspertlər səviyyəsində xeyli işlər görülüb, beynəlxalq daşımalarla bağlı texniki və infrastruktur imkanları, sərhəd və gömrük qaydaları ilə bağlı mümkün həll yolları araşdırılıb.
“Nəhayət, Arazdəyən-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolunun bərpası ilə bağlı qarşılıqlı anlaşma var”, - deyə Qriqoryan qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az