Erməni hərbi qulluqçunun anası: “Nikol qəsdən uşaqlarımızı qeyri-bərabər döyüşə çıxarıb, onları qətlə yetirib”

2022/05/olukd-1652869838.jpg
Oxunub: 338     14:57     19 May 2022    
“Cinayətkar Nikol qəsdən uşaqlarımızı qeyri-bərabər döyüşə çıxarıb, onları qətlə yetirib. İndi onun cavab verməsini istəyirik”.

Ordu.az xəbər verir ki, bunu 44 günlük müharibədə məhv edilmiş erməni hərbi qulluqçu Davit Aruşanyanın anası Lida Aruşanyan deyib.

“Elə bilirlər ki, bizi aldadıblar? Xeyr. Kabinetlərlə oturmuş qarabağlıların hamısına demişəm. Bizim şübhəmiz var ki, Nikol Paşinyan qaça, Bakı və İstanbula gedə bilər. Gəlib ayaqlarımızı öpməlidir. Nə qədər imkanımız varsa, burada oturaq aksiya keçirəcəyik. Uşağımızı qəsdən öldürmüsən, torpağı satmısan və satmağa davam edirsən. Biz onun qaçmasına imkan verməyəcəyik”, - deyə Aruşanyan qeyd edib.

Erməni hərbi qulluqçunun anası qeyd edib ki, Paşinyan həbs edilməlidir.

“Biz Nikol Paşinyanın dindirilməsindən narahat deyilik, çünki bunu telefonla edəcəklər, Nikol Paşinyanın həbs olunmasını tələb edirik ki, qaçmasın”, - deyə o bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan   Cinayət  


Bizi "telegram"da izləyin