Azərbaycan Prezidenti: “Litva ilə əməkdaşlığın səviyyəsindən məmnunuq”

2022/05/6284b-1652866217.jpg
Oxunub: 342     12:51     18 May 2022    
“Əminəm ki, səfəriniz ikitərəfli əlaqələrimizin inkişafına mühüm töhfə verəcəkdir. Biz əməkdaşlığımızın səviyyəsindən məmnunuq”.

Ordu.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Litva Respublikasının Prezidenti Gitanas Nauseda ilə görüşündə deyib.

Dövlət başçısı bildirib ki, Litva Prezidentinin səfəri çərçivəsində bir sıra tədbirlər baş tutacaq ki, onların arasında biznes forum da var: “İşgüzar dairələrimiz arasında praktiki fəaliyyətlə bağlı qarşılıqlı böyük maraq var.

Əlbəttə, siyasi əlaqələrimiz, siyasi dialoq və regional vəziyyət bu gün müzakirə edəcəyimiz məsələlər sırasındadır və mən həqiqətən də şadam ki, biz Bakıda görüşmək imkanı əldə etmişik”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Litva  


Bizi "telegram"da izləyin