Türkiyə və Rusiya nümayəndə heyətləri arasında görüş başlayıb

2022/05/78978-1652865932.jpg
Oxunub: 263     12:55     18 May 2022    
Türkiyə və Rusiya nümayəndə heyətləri arasında görüş keçirilir.

Ordu.az TASS-a istinadən xəbər verir ki, görüş Türkiyə Ticarət Nazirliyinin binasında baş tutub.

Bildirilib ki, Türkiyə nümayəndə heyətinə ticarət naziri Mehmet Muş, Rusiya nümayəndə heyətinə isə Baş nazirin müavini Aleksandr Novak başçılıq edir.

Qeyd edək ki, bir müddət əvvəl Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə səfərinin bu görüşün nəticəsindən asılı olduğu barədə məlumat yayılmışdı.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Rusiya  


Bizi "telegram"da izləyin