Baltikyanı ölkələr NATO-dan hərbi mövcudluğunu genişləndirməyi istəyib

2022/05/1652861386.jpg
Oxunub: 276     12:16     18 May 2022    
Polşa, Litva, Latviya və Estoniya NATO-dan hərbi mövcudluğunu genişləndirməyi istəyib.

Ordu.az xəbər verir ki, bu barədə “The Washington Post” yazıb.

Məlumata görə, NATO-ya üzv dövlətlər Rusiyanın təcavüzünü Şərqi Avropada gücləndirməsinə müxtəlif aspektdən yanaşırlar: “Litva, Latviya, Estoniya və Polşa NATO qüvvələrinin mövcudluğunun genişləndirilməsini istədikləri halda, Fransa və İtaliya Rusiyanın Alyans üçün təhlükəsinə ehtiyatla yanaşır”.

Bildirilib ki, bu istiqamətdə razılaşmanı zirvə toplantısınadək təxirə salıblar. Mayın 21-22-də İspaniyanın paytaxtı Madriddə NATO-ya üzv dövlətlərin başçılarının zirvə toplatısında məsələyə baxılacağı gözlənilir. Bu Zirvə toplantısında Finlandiya və İsveçin Alyansa üzvlüyü məsələsinə də baxılacaq.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Baltikyanı-ölkələr  


Bizi "telegram"da izləyin