Türkiyə hava vasitələrinin sınaqlarında istifadə edilən SZ sistemini milliləşdirib

2022/05/TUSAS-1652861101.jpg
Oxunub: 454     14:42     18 May 2022    
Türkiyənin TUSAŞ şirkəti hava vasitələrinin sınaqlarında istifadə edilən Süni Zəka (SZ) texnologiyasına əsaslanan qabiliyyəti milliləşdirib.

Ordu.az xəbər verir ki, bu barədə “Defence turk” nəşri yazıb.

Şirkət SZ-dən istifadə edərək məhsulların hissələri üzərində apardığı sınaqlar sayəsində təyyarənin konstruksiya komponentlərinə tətbiq edilən yorğunluq testlərini 70% azaltmağı bacarıb.

Vaxta qənaət etməklə yanaşı, insan resurslarından səmərəli istifadə təmin olunacaq, sınaqlar zamanı əmələ gələn qalıqların norması və sınaq zamanı enerji sərfiyyatı azalacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   TUSAŞ  


Bizi "telegram"da izləyin