Ordu.az xəbər verir ki, bu barədə Rusiya Baş nazirinin müavini Yuri Borisov məlumat verib
S-500 sistemi ballistik və qanadlı raketləri, həmçinin təyyarələri və helikopterləri məhv etmək gücündədir. Sistemin mənzili 600 kilometrdir.
Sistem “Prometey” adlandırılıb. Keçən il Rusiya Müdafiə nazirinin müavini Aleksey Krivoruçko S-500 sisteminin dövlət müqavilələri ilə 2025-ci ilə qədər çatdırılmasının planlaşdırıldığını söyləyib.
O əlavə edib ki, ordu “Peresvet” lazer qurğuları ilə təmin edilir. Bu sistem 1 500 km-ə qədər məsafədəki orbitlərdə düşmənin kəşfiyyat sistemlərini sıradan çıxarmaq üçün nəzərdə tutulub.
Ordu.az