Rusiya S-500 zenit-raket komplekslərini silahlanmaya qəbul edib

2021/10/s-500-1634193804.jpg
Oxunub: 344     11:56     18 May 2022    
Rusiya Silahlı Qüvvələri S-500 zenit-raket komplekslərini silahlanmaya qəbul etməyə başlayıb.

Ordu.az xəbər verir ki, bu barədə Rusiya Baş nazirinin müavini Yuri Borisov məlumat verib

S-500 sistemi ballistik və qanadlı raketləri, həmçinin təyyarələri və helikopterləri məhv etmək gücündədir. Sistemin mənzili 600 kilometrdir.

Sistem “Prometey” adlandırılıb. Keçən il Rusiya Müdafiə nazirinin müavini Aleksey Krivoruçko S-500 sisteminin dövlət müqavilələri ilə 2025-ci ilə qədər çatdırılmasının planlaşdırıldığını söyləyib.

O əlavə edib ki, ordu “Peresvet” lazer qurğuları ilə təmin edilir. Bu sistem 1 500 km-ə qədər məsafədəki orbitlərdə düşmənin kəşfiyyat sistemlərini sıradan çıxarmaq üçün nəzərdə tutulub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   S-500  


Bizi "telegram"da izləyin