Ukrayna Rusiyanın itkilərinin sayını açıqlayıb

2022/05/downl-1651646303.jpg
Oxunub: 282     10:56     18 May 2022    
Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı qüvvə və texnikanın sayı məlum olub.

Ordu.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, döyüşlər nəticəsində Rusiyanın 28 300 hərbçisi zərərsizləşdirilib.

Bundan başqa, hücum edən tərəfin 1 235 ədəd tankı, 3 009 ədəd zirehli döyüş maşını, 586 ədəd artilleriya sistemi, 199 ədəd YARS-i (yaylım atəşli reaktiv sistem), 91 hava hücumundan müdafiə sistemi, 202 ədəd hərbi təyyarəsi, 167 ədəd helikopteri, 102 qanadlı raket, 2 137 ədəd nəqliyyat vasitəsi və avtoçən, 13 ədəd gəmi/kateri, 441 ədəd dronu və 43 ədəd xüsusi texnikası məhv edilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ukrayna  


Bizi "telegram"da izləyin