"Rusiya uzunmüddətli müharibəyə hazırlaşır" - Reznikov

2022/02/20191-1645786922.jpg
Oxunub: 315     04:55     18 May 2022    
Rusiya uzunmüddətli müharibəyə hazırlaşır.

Ordu.az xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Aleksey Reznikov feysbukda yazıb.

"Rusiya bir çox cəhətdən uzunmüddətli hərbi əməliyyata hazırlaşır. Müharibə uzanan fazaya keçir. Biz görürük ki, Xerson və Zaporojye vilayətlərində onlar fəal şəkildə mühəndis-istehkam işləri aparırlar”, - nazir qeyd edib.

O, həmçinin bildirib ki, Belarus qoşunları Ukrayna ilə sərhəddə aktiv manevrlər həyata keçirir.

"Biz düşməni tez bir zamanda məğlub etmək və ərazilərimizi azad etmək istəyirik. Rusiyanın münaqişəni kənara çəkməsinə imkan verməyin. Ona görə də beynəlxalq yardım və lazımi miqdarda silah almaqda çox maraqlıyıq”, - Reznikov vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ukrayna  


Bizi "telegram"da izləyin