ABŞ İslam Əməkdaşlıq Təşkilatı ilə strateji dialoqa başlayır

2020/10/ABŞ--1603270238.jpg
Oxunub: 221     03:11     18 May 2022    
ABŞ gələn həftə İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ilə strateji dialoqa başlayır.

Ordu.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays bildirib.

Mayın 23-də İƏT-in baş katibi Hiseyn Brahim Taha Vaşinqtonda görüşlər keçirəcək.

"ABŞ və İƏT onilliklər boyu yaxın tərəfdaşlar olub və güclü iqtisadi, sosial və mədəni əlaqələrə malikdir. Bu, ABŞ-ı təkcə İƏT-in özü ilə deyil, ona üzv olan 57 ölkənin hamısı ilə əlaqələndirir. Dialoqun başlanması bizim artan əlaqələrimizin mühüm təsdiqidir", - Prays qeyd edib.

İƏT rəhbəri ABŞ-da keçirəcəyi görüşlərdə iqlim dəyişikliyi ilə mübarizə, bütün dünyada insan hüquqlarının müdafiəsi və ekstremizmə qarşı mübarizə sahəsində irəliləyişləri nəzərdən keçirəcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İƏT  


Bizi "telegram"da izləyin