Makron: “Ukraynanın Aİ-yə üzvlük müraciətinə iyun ayında baxılacaq”

2022/02/567r7-1645690741.jpg
Oxunub: 254     02:46     18 May 2022    
Fransa prezidenti Emmanuel Makron ukraynalı həmkarı Volodimir Zelenski ilə danışıqlar zamanı ona Ukraynanın Avropa İttifaqına üzvlük müraciətinə iyun ayında baxılacağını bildirib.

Ordu.az xəbər verir ki, bu barədə Yelisey sarayının mətbuat xidməti məlumat yayıb.

“Fransa prezidenti prezident Zelenskiyə təsdiq edib ki, Ukraynanın Aİ-yə daxil olmaq ərizəsinə Avropa Komissiyasının verdiyi rəy əsasında iyunda Avropa Şurasında baxılacaq”, - mətbuat xidməti bildirib.

Makron həmçinin Ukraynaya silah tədarükünü davam etdirəcəyinə söz verib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Fransa  


Bizi "telegram"da izləyin