Avropa İttifaqı Malidəki təlim missiyasını dayandırıb

2022/05/1652814381.jpg
Oxunub: 385     22:54     17 May 2022    
Avropa İttifaqı Malidəki təlim missiyasının işini və Avropa Sülh Fondu vasitəsilə bu ölkəyə silah tədarükünü dayandırıb.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrel qurumun Müdafiə Şurasının iclasından sonra keçirilən mətbuat konfransında deyib.

“Malidəki hakimiyyət orqanlarının qərarları və Rusiyadan olan muzdluların ölkədəki hərəkətləri ona gətirib çıxarıb ki, Aİ təlim missiyasını və Avropa Sülh Fondu vasitəsilə bu ölkəyə silah tədarükünü dayandırıb”, - Borrel bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:   Mali  


Bizi "telegram"da izləyin