“Past”: Tezliklə diplomatik platformada növbəti kapitulyasiyanın şahidi olacağıq

2021/10/image-1633775889.jpg
Oxunub: 307     10:11     18 May 2022    
Ötən il iyunun 20-də keçirilən parlament seçkilərindən sonra Ermənistan hakimiyyəti xalqdan sülh dövrü açmaq və sülh gündəmini qəbul etmək üçün mandat aldığını bəyan edib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri yazıb.

Qeyd olunub ki, təbii olaraq bütün vətəndaşlar yekun sülhü istəyirlər.

“Amma problem bu “sülhün” ermənilər üçün hansı şərtləri nəzərdə tutacağındadır. Məsələn, Azərbaycan açıq şəkildə göstərir ki, onun üçün sülh Ermənistan tərəfindən bir sıra mərhələli güzəştlər və subyektivliyin itirilməsi deməkdir. Bu məntiqlə Bakı açıq şəkildə bəyan edib ki, onun təqdim etdiyi 5 bəndlik təkliflər sülh danışıqlarının əsasını təşkil edəcək. Sonra Ermənistan hakimiyyəti Azərbaycana siqnallar verib ki, 5 bənddən ibarət təkliflərdə qəbuledilməz heç nə yoxdur. Lakin o vaxt Ermənistan cəmiyyətinə məlum deyildi ki, sülh danışıqları yalnız Azərbaycanın təqdim etdiyi 5 bənd çərçivəsində aparılacaq, yoxsa Azərbaycanın təkliflərinin əksinə olaraq, Ermənistan tərəfi öz təkliflərini verəcək. Nəhayət, vətəndaşların və siyasi dairələrin narahatlığının dərinləşməsinə paralel olaraq hakimiyyət etiraf etməli oldu ki, Ermənistan da öz növbəsində Azərbaycana 6 təklif təqdim edib. Lakin hakimiyyət əvvəlcə onun məzmununu dərhal açıqlamağa və ictimaiyyətə təqdim etməyə cəsarət etmədi. Yalnız bir müddətdən sonra erməni tərəfinin 6 bəndlik təkliflərinin məzmununa aydınlıq gətiriblər. Hakimiyyət hazırkı yanaşma ilə danışıqlara gedərsə, çox böyük təhlükə var ki, biz tezliklə diplomatik platformada növbəti kapitulyasiyanın şahidi olacağıq”, - deyə nəşr vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Kapitulyasiya  


Bizi "telegram"da izləyin