“KTMT tarixində ilk dəfə olaraq yardım üçün rəsmi müraciət etdik və rədd cavabı aldıq” - Qazaryan

2022/05/image-1652251588.jpg
Oxunub: 359     10:22     18 May 2022    
“KTMT-də peyda olmuş KTMT-nin düşməni və əsl bəla. 2022-ci il mayın 16-da KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasına sədrlik edən Ermənistan Baş nazirinin həmin təşkilatla çox unikal əlaqələri var”.

Ordu.az xəbər verir ki, bunu “Facebook” səhifəsində erməni ictimai xadim Edqar Qazaryan yazıb.

Onun sözlərinə görə, Ermənistanın Baş naziri seçilməzdən bir neçə ay əvvəl parlamentin YELK fraksiyasının lideri Nikol Paşinyan parlamentin Ermənistanın KTMT və AİB-dən çıxması ilə bağlı bəyanat qəbul etməsi üçün qanunvericilik təşəbbüsü ilə çıxış edib.

“2018-ci ildə saxtalaşdırılmış siyasi iş çərçivəsində, sonradan KTMT-yə üzv dövlətlərin rəhbərlərinə məlumat verilmədən, Ermənistan Baş naziri Nikol Paşinyanın göstərişi ilə fəaliyyəti dayandırılmış, KTMT-nin baş katibi Yuri Xaçaturova qarşı ittiham irəli sürülüb və həbs edilib. Nikol Paşinyanın qərarı ilə KTMT-nin baş katibi Yuri Xaçaturov tutduğu vəzifədən azad edilib, bu təşkilatdan geri çağırılıb. Nikol Paşinyan KTMT tarixində ilk dəfə olaraq Ermənistanın veto hüququndan istifadə edərək Belarus nümayəndəsi Stanislav Zasın KTMT-nin baş katibi vəzifəsinə seçilməsinə mane oldu. Daha sonra bu vəzifəyə Stanislav Zas seçildi. 2021-ci ildə KTMT tarixində ilk dəfə olaraq Ermənistan yardım üçün KTMT-yə rəsmi müraciət edib və rədd cavabı alıb”, - deyə Qazaryan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: KTMT   Paşinyan  


Bizi "telegram"da izləyin