Sabiq erməni nazir: “Ermənistanla Türkiyə arasında ÜTT sazişləri işləmir”

2022/05/1652783177.jpg
Oxunub: 266     11:09     18 May 2022    
“Türkiyə ilə “sərhədin açılması” məsələsi. Türkiyə ilə ticari-iqtisadi əlaqələrin hüquqi tənzimlənməsində siyasi və infrastruktur problemlərindən əlavə başqa ciddi problemlər var”.

Ordu.az xəbər verir ki, Ermənistanın keçmiş iqtisadiyyat naziri Karen Çşmarityan bildirib.

Onun sözlərinə görə, Ermənistan 2003-cü ildən Ümumdünya Ticarət Təşkilatının, Türkiyə isə 1995-ci ildən bu təşkilatın üzvüdür.

“Ermənistan ÜTT-yə üzv olanda Türkiyə ÜTT-nin Mərakeş sazişinin 13-cü maddəsinin 1-ci hissəsinin müddəasını tətbiq edib. Bu müddəaya əsasən, ÜTT-yə üzv dövlət heç bir ölkənin üzvlüyünə etiraz edə bilməz, lakin ÜTT sazişlərinin müddəalarını həmin ölkəyə tətbiq etməkdən imtina edə bilər. Ermənistanla Türkiyə arasında ÜTT sazişləri işləmir”, - deyə Çşmarityan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Türkiyə  


Bizi "telegram"da izləyin