Ermənistan MB sədr müavini: “İrəvanın Moskva ilə ticarəti böyük ehtimalla azalacaq”

2022/05/1652783105.jpg
Oxunub: 233     14:30     18 May 2022    
“Rusiya-Ukrayna münaqişəsinin təsiri ilə Ermənistanın Rusiya ilə ticarət dövriyyəsinin azalması ehtimalı var”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan Mərkəzi Bankının sədr müavini Hovhannes Xaçatryan deyib.

Onun sözlərinə görə, Ukrayna ilə ticarət sıfıra yaxındır, lakin həcmlər hansısa yolla artırılacaq.

“Rusiya ilə 2,5 milyard dollarlıq beynəlxalq ticarətimiz var, 800 milyon dollar ixrac, 1,7 milyard dollar idxal var. Ermənistanın Ukrayna ilə 160 milyon dollar dəyərində kiçik ticarəti var ki, bunun da 120 milyon dolları idxaldır”, - deyə Xaçatryan qeyd edib.

Ermənistan Mərkəzi Bankının sədr müavini vurğulayıb ki, təbii olaraq Ermənistanda Rusiya iqtisadiyyatı ilə bağlı proqnozlar mənfidir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Ermənistan  


Bizi "telegram"da izləyin