İranla Tacikistan birgə hərbi təlim keçirəcək

2022/05/1652775618.jpg
Oxunub: 338     12:32     17 May 2022    
İran və Tacikistan birgə hərbi təlim keçirəcək.

Ordu.az xəbər verir ki, bu məsələ İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Məhəmməd Baqirinin Tacikistan paytaxtı Düşənbədə ölkənin müdafiə naziri Şiralı Miroz ilə görüşündə müzakirə olunub.

Tərəflər regionda və Əfqanıstandakı vəziyyəti müzakirə ediblər. M.Baqiri Tacikistanla İran arasında hərbi əməkdaşlığın vacibliyini də vurğulayıb.

O bildirib ki, iki ölkənin silahlı qüvvələri arasında əməkdaşlıqda terrora qarşı mübarizə, ikitərəfli, regional əlaqələrin inkişafı prioritet olmalıdır, bunun üçün birgə hərbi təlimlər keçirilməli və əməkdaşlıq genişləndirilməlidir.

Tacikistanın müdafiə naziri Şirali Mirzo qeyd edib ki, iki ölkənin əməkdaşlığını, İran Silahlı Qüvvələrinin terrora, mütəşəkkil cinayətkarlığa və narkotik qaçaqmalçılığına qarşı birgə mübarizəsini alqışlayırlar: “Ortaq hərbi təlimlər keçirmək, hərbi təchizatı inkişaf etdirmək iki tərəfin də üstünlük verdiyi məsələlərdəndir”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Tacikistan  


Bizi "telegram"da izləyin