"Aİ-nin müdafiə nazirləri Finlandiya və İsveçin NATO-ya qoşulmasını dəstəkləyir" - Borrel

2020/11/16050-1605035812.jpg
Oxunub: 290     11:57     17 May 2022    
Avropa İttifaqına (Aİ) üzv ölkələrin müdafiə nazirləri Finlandiya və İsveçin NATO-ya daxil olmasını tam dəstəkləyəcək.

Ordu.az xəbər verir ki, bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrel təşkilatın müdafiə nazirlərinin Belçikanın paytaxtı Brüsseldə keçirilən görüşü öncəsi söyləyib.

“Biz İsveç və Finlandiyanın NATO-ya daxil olmasını tam dəstəkləyəcəyik, çünki bu bizim birliyimizi möhkəmləndirəcək və bu, Şimali Atlantika Alyansını gücləndirəcək”, - Aİ rəsmisi qeyd edib.

C.Borrel həmçinin Türkiyənin Finlandiya və İsveçin NATO-ya üzv olmasına etiraz etməsinə münasibət bildirib. O ümid edir ki, Alyans bu maneəni geridə qoyacaq.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Finlandiya   NATO  


Bizi "telegram"da izləyin