Erməni politoloq: “Bakı dəfələrlə bəyan edib ki, Qarabağ normal region kimi Azərbaycana inteqrasiya olunacaq”

2020/12/4b38b-8034139150.jpg
Oxunub: 668     16:43     19 May 2022    
“Azərbaycanın təqdim etdiyi beş bənddə və onlara cavab olaraq Ermənistanın təqdim etdiyi altı bənddə əsas fikir ayrılığı Qarabağın “statusu” məsələsidir”.

Ordu.az xəbər verir ki, bunu ABŞ-ın Liha Universitetinin professoru, erməni politoloq Arman Qriqoryan deyib.

Onun sözlərinə görə, Bakı dəfələrlə bəyan edib ki, status məsələsi olmayacaq, Qarabağa status verilməyəcək və Qarabağ normal region kimi Azərbaycana inteqrasiya olunacaq.

“Aydındır ki, Ermənistan tərəfi bunu qəbuledilməz hesab edir. Ermənistanın təqdim etdiyi ikinci və üçüncü bəndlərdə deyilir ki, əslində Ermənistanın Azərbaycanın ərazi bütövlüyü ilə heç bir problemi yoxdur, lakin Qarabağın “statusu” məsələsinə bu kontekstdə baxılmalı olduğunu düşünmür”, - deyə Qriqoryan qeyd edib.

Erməni politoloq bildirib ki, Qərb problemi paket şəklində həll etməyə meyllidir.

“Məncə, Qərb problemi paket şəklində həll etməyə meyllidir, bu da Qarabağın Azərbaycanın tərkibində müəyyən muxtariyyət statusu ilə qalması deməkdir. Bu fərq, fikrimcə, danışıqlarda ciddi nəticələr verə və ciddi problemlər yarada bilər. Vasitəçi ölkələrin yanaşmalarına və geosiyasi vəziyyətə görə Ermənistan Rusiya ilə Qərb arasında dilemma ilə üzləşə bilər ki, bu da arzuolunan deyil. Rusiyanın zəifləməsi pis nəticələr verə və Azərbaycan üçün müəyyən şirnikləndiricilər yarada bilər”, - deyə Qriqoryan əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Bakı   Qarabağ  


Bizi "telegram"da izləyin