“Rusiyanın Ukraynaya qarşı müharibəsi tez bir zamanda bitməyəcək” - Şolts

2022/04/625ef-1650398122.jpg
Oxunub: 289     11:34     17 May 2022    
“Rusiyanın Ukraynaya qarşı müharibəsinin tez bir zamanda bitəcəyinə dair əlamət yoxdur”.

Ordu.az xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts yerli mətbuata müsahibəsində deyib.

O söyləyib ki, əgər belə davam etsə, daha çox insan həlak olacaq, daha çox dağıntı olacaq: “Buna görə də müharibə tez başa çatmalıdır. Amma bunun üçün Rusiya Ukrayna ilə razılaşmalıdır. Silahlar susmalı, Rusiya qoşunları Ukraynadan çıxmalıdır. Lakin belə bir ehtimal hələlik yoxdur. Çünki Rusiya tərəfi sülh sazişinin əldə olunması üçün addımlar atmır”.

Xatırladaq ki, bir müddət əvvəl O.Şolts bildirmişdi ki, Rusiyaya qarşı sanksiyaların ləğv olunmasının yeganə yolu Ukrayna ilə sülh sazişidir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ukrayna  


Bizi "telegram"da izləyin