“KTMT-nin Ukraynadakı əməliyyatda iştirakı müzakirə olunmayıb” - Zas

2019/05/f880b-1558532520.jpg
Oxunub: 406     18:44     16 May 2022    
“Sammitdə KTMT kollektiv qüvvələrinin Ukraynada keçirilən xüsusi əməliyyatda iştirakı məsələsi müzakirə olunmayıb”.

Ordu.az xəbər verir ki, bunu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Stanislav Zas bildirib.

Onun sözlərinə görə, Vladimir Putin KTMT ölkələrinin liderlərini Rusiyanın Ukraynada həyata keçirdiyi xüsusi əməliyyatın gedişi barədə ətraflı məlumatlandırıb.

Zas KTMT-nin yeni üzvlər, tərəfdaşlar və müşahidəçilərlə böyüyəcəyinə əmin olduğunu vurğulayıb.

O bildirib ki, Nikol Paşinyanın böhranlı vəziyyətlərə cavab mexanizmlərinin mükəmməl olmaması ilə bağlı iradları ilə əlaqədar KTMT üzvləri arasında müzakirələr aparılıb, bəzi təkliflər irəli sürülüb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: KTMT   Ukrayna  


Bizi "telegram"da izləyin