Azərbaycan Prezidentinin hədiyyəsi olan Qarabağ atı Kraliça II Yelizavetaya təqdim olunub - FOTOLAR

2022/05/62823-8263549605.jpg
Oxunub: 680     16:04     16 May 2022    
12-15 may 2022-ci il tarixlərində Böyük Britaniyada keçirilən ənənəvi “Vindzor Kral Atçılıq Şousu” tədbirləri çərçivəsində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Kraliçası II Yelizaveta Azərbaycan Respublikasının Atçılıq Federasiyasının prezidenti Elçin Quliyevin rəhbərlik etdiyi nümayəndə heyətini Vindzor sarayında qəbul edib.

Ordu.az xəbər verir ki, “Vindzor Kral Atçılıq Tədbirləri” çərçivəsində Azərbaycan təmsilçilərinin çıxışlarını hər zaman böyük maraqla izləyən Ülyahəzrət Kraliçaya Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin hədiyyəsi – “Şöhrət” adlı Qarabağ atı təqdim olunub.


Kraliçaya hədiyyə olunan at Vindzor qəsrinə gətirilərək haqqında bütün məlumatlar əks olunan sertifikatla birgə yeni sahibinə təhvil verilib.

Daha sonra Azərbaycanın tanınmış heykəltəraşı Faiq Hacıyevin yaratdığı “Alxan” adlı Qarabağ, “Qalxan” adlı Dilbaz atlarının heykəlləri Ülyahəzrət Kraliçaya hədiyyə olunub. Ülyahəzrət II Yelizaveta hədiyyəyə görə təşəkkürlərini ifadə edib, “Vindzor Kral At Şousu” tədbirlərində ənənəvi iştiraka görə minnətdarlığını bildirib.


Qeyd edək ki, SSRİ-nin rəhbəri Nikita Xruşov 1956-cı ildə kraliça Yelizavetaya (o, 1952-ci ildən taxtdadır) Qarabağ atı hədiyyə etmişdi. O vaxt kraliçaya göndərilən atın adı “Zaman” idi. Amma onda bu at Vindzor sarayında təqdim olunmamışdı. Prezident İlham Əliyevin hədiyyəsi isə Vindzorda təqdim edilib.


Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İlham-Əliyev  


Bizi "telegram"da izləyin