Ermənistanda 2 hərbçi həbs olunub

2019/07/23599-1562841625.jpg
Oxunub: 371     17:48     16 May 2022    
Ermənistanda əsgər Argişti Yeqiyanın intiharına görə onun 2 hərbçi yoldaşı həbs edilib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi açıqlama yayıb.

Onlar Ermənistan Cinayət Məcəlləsinin 360-cı maddəsi ilə (intihar həddinə çatdırma) ittiham olunurlar.

Qeyd edək ki, Argişti Yeqiyan mayın 11-də hərbi hissələrdən birində intihar edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Cinayət  


Bizi "telegram"da izləyin