Erməni ekspert: “Bacarıqsızlıq, əzilmiş ordu, kapitulyasiya tamamilə rəqibimizin xeyrinə oldu”

2018/12/14605-1545728684.jpg
Oxunub: 525     13:30     21 May 2022    
“Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfoun bəyanatı gözlənilən idi”.

Ordu.az xəbər verir ki, bunu erməni azərbaycanşünas Tatevik Hayrapetyan deyib.

Onun sözlərinə görə, məsələ burasındadır ki, niyə Ermənistan rəsmiləri, hətta ölkə rəhbəri də Azərbaycan tərəfinin danışdığı eyni terminlə danışır, eyni tezisləri səsləndirir?

“Xatırladaq ki, ötən il noyabrın 17-də Ermənistan Baş naziri parlament tribunasından Xələfovun fikirlərini təkrarlayan bəyanatla çıxış edib. Güman edirəm ki, Paşinyan bunu sırf özünü və hakimiyyətini qorumaq, hər şeyi keçmiş hakimiyyətinə üzərinə atmaq, danışıqlar prosesi ilə bağlı təkcə yalan yox, həm də dövlətimizə qarşı istifadə olunan bəyanatlar vermək üçün edir. Bacarıqsızlıq, pisləmə, əzilmiş ordu, kapitulyasiya təbliğatı tamamilə rəqibimizin xeyrinə oldu”, - deyə Hayrapetyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin