Erməni politoloq: “Ermənistandakı hərəkat “Qazaxıstan-2” olmaqdan çox uzaqdır”

2022/01/F6A4B-1642262984.jpg
Oxunub: 328     11:22     18 May 2022    
“Müxalifət ictimaiyyətin Köçəryanın Paşinyandan daha yaxşı rəhbərlik edəcəyi tezisinə qoşulmasını gözləyir”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan Konstruktiv Partiyasının sədri, erməni politoloq Andrias Qukasyan deyib.

Onun sözlərinə görə, Ermənistanda cəmiyyət təminat almadığından hərəkat sivilləşmir.

“Serj Sarkisyan, Köçəryan və başqaları deyə bilər ki, biz küçələrə çıxdıq, dəstək almadıq. Müxalifətin iqtidarı gündəmi qəbul etməyə məcbur edəcək təsirli fəaliyyətləri yoxdur, onlar 100 gün ərzində Fransa meydanında nümayişlər keçirə bilərlər ki, bu da Paşinyanın fəaliyyətinə heç bir şəkildə mane olmayacaq. Bu, sivil deyil, partiya hərəkatıdır və 2018-ci ildə Serj Sarkisyanın hakimiyyətdən uzaqlaşdırılması ideoloji idi. 2018-ci ildə küçələrdə rədd edilənləri görən insanlar hazırda baş verənin vətəndaş hərəkatı olduğuna necə inansınlar?”, - deyə Qukasyan qeyd edib.

Erməni politoloq əmin olduğunu bildirib ki, Ermənistandakı hərəkat “Qazaxıstan-2” olmaqdan çox uzaqdır.

Ermənistanın Vətəndaş Qərarı Partiyasının icra orqanının üzvü Mikayel Nahapetyan vurğulayıb ki, hər dəfə eyni şeyi təkrarlamaq, fərqli nəticə əldə etmək olmaz.

“Proseslər uğurlu olmayanda ittihamlarla müşayiət olunur. Bir prosesin uğur qazanması üçün onun hüquqi-siyasi əsası olmalıdır”, - deyə o bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Qazaxıstan  


Bizi "telegram"da izləyin