Erməni siyasi şərhçi: “Biz həm Moskva, həm də Brüssel ilə işləyə bilmərik, seçimimiz yoxdur”

2022/03/timth-1647075725.jpg
Oxunub: 383     10:00     17 May 2022    
“Brüsseldən imtina baxımından qeyd etmək lazımdır ki, uzun müddətdir proseslər şərti mənada iki və ya üç xətt ilə gedir”.

Ordu.az xəbər verir ki, bunu erməni siyasi şərhçi Hakob Badalyan deyib.

Onun sözlərinə görə, Ermənistan həm Moskva, həm də Brüssel ilə işləyə bilməz, ölkənin seçimi yoxdur.

“Burada bizim obyektiv seçimimiz yoxdur. Xəritələr Moskvadadırsa, əlbəttə ki, Moskva ilə işləmək lazımdır. Həmçinin bütün bunlarda tarazlığı qorumaq üçün biz Avropa və ABŞ ilə işləməliyik. Bizim seçimimiz yoxdur, bütün tərəflərlə işləməliyik. Hər kəsin öz strategiyası var və bu strategiya ilə hərəkət etməyə çalışır”, - deyə Badalyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Rusiya   Brüssel  


Bizi "telegram"da izləyin