Rusiyalı politoloq: “Tərəflər nə qədər tələssə də, İrəvan-Bakı prosesi uzanacaq”

2018/01/35235345_1516444687.jpg
Oxunub: 541     14:20     16 May 2022    
“Çox güman ki, çıxarılmış erməni mövqeləri haqqında danışmırlar, çünki müharibənin nəticəsi olaraq sülh müqaviləsi üzrə danışıqlar prosesinə tərəflər müharibəni dayandırdıqları mövqelərlə daxil olurlar”.

Ordu.az xəbər verir ki, bunu rusiyalı politoloq Aleksey Malaşenko deyib.

Onun sözlərinə görə, təbii olaraq Azərbaycan Ermənistandan daha güclü danışıqlar mövqeyinə malikdir, onun diktə edən mövqeyi var.

Malaşenko qeyd edib ki, tərəflər nə qədər tələssə də, İrəvan-Bakı prosesi uzanacaq.

“Azərbaycan, Türkiyə, Aİ tələsir, Rusiyanın bütün regionları əhatə edən, uzun sürən müharibəsi var, digər tərəfdən isə onun təsirini saxlamaq istəyi var”, - deyə politoloq bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Ermənistan  


Bizi "telegram"da izləyin