Ordu.az xəbər verir ki, bu sözləri Ermənistanın “Müqavimət” hərəkatının üzvü, ölkənin parlamentinin sədrinin müavini İşxan Sağatelyan deyib.
Onun sözlərinə görə, Paşinyanın Azərbaycanla əldə etməyə çalışdığı razılaşmalar sülh müqaviləsi deyil.
“Bu, torpaq itirmək, Ermənistanın dövlətçiliyini itirmək müqaviləsidir ki, bu da bizim üçün qəbuledilməzdir. Biz demirik ki, bu hakimiyyəti götürəndən sonra Azərbaycana və ya Türkiyəyə müharibə elan edəcəyik və ya danışıqlar aparmayacağıq. Biz həm Azərbaycan, həm də Türkiyə ilə danışıqlar aparacağıq. Amma biz öz gündəmimizlə, dövlətimizin mənafeyini qorumaq üçün o danışıqlara gedəcəyik”, - deyə Sağatelyan qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az