Ordu.az xəbər verir ki, bunju Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisinin keçmiş birinci müavini Tiran Xaçatryan deyib.
Onun sözlərinə görə, fiziki təhlükəsizliyə, hüquqi və sosial təminata diqqət yetirilmir.
“Nə etməli? Bu sual siyasi hakimiyyət tərəfindən necə qoyulub? Strategiya hazırlanıb. Bəs bunu həyata keçirən subyektlərin rəyi nəzərə alınmasa, bu necə ola bilər? Əsas səbəb odur ki, bunu edənlər mütəxəssis deyillər. Fiziki təhlükəsizliyinə, hüquqi və sosial təminata diqqət yetirilmir. Bütün bunlar işləmir. Ona görə də nəticə gözləmək mümkün deyil. Tapşırıqların barmaqarası yerinə yetirildiyi yerlərdə problemlərimiz var idi. Müharibə güc siyasətinin davamıdır. Ona görə də onu siyasi qüvvənin tutduğu kurs müəyyən edir”, - deyə Xaçatryan qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az