Ermənistanda əsirlikdən qayıtmış hərbçilər baxımsız vəziyyətdədirlər – Ailə küçədə qalıb

2022/05/image-1652695540.jpg
Oxunub: 344     12:40     18 May 2022    
Mayın 15-i səhər saatlarında əsirlikdən qayıtmış erməni hərbi qulluqçu Xaçik Qriqoryanın kirayədə qaldığı mənzildə yanğın baş verib.

Ordu.az xəbər verir ki, bu barədə Xaçikin həyat yoldaşı İrina məlumat verib.

“Səhər saat 7 idi, ərim çox ucadan qışqırdı: İra, uşaqları götür, özünü at çölə. Deyirəm, nə olub, cavab verir ki, ev yanır. Sonra uşaqları götürdük, güclə çıxdıq, demək olar bütün ev yandı, yanğın yayıldı, avadanlıqlar, paltarlarımız tamamilə yandı, yalnız qonaq otağında yeni doğulmuş körpəmin paltarları qaldı”, - deyə İrina bildirib.

İrina indi 3 azyaşlı uşağı ilə bacısının mənzilindədir, gələcəkdə hara gedəcəklərini bilmir.

“Uşağım hələ 30 günlükdür, bacımın evindəyik, onlar da kirayədədirlər, çox qala bilmirik, nə edəcəyik, bilmirəm, bir şeyi bilirəm, küçədə qalmışıq. Heç olmasa uşaqlarımda hər şey qaydasındadır, bircə oğlum stress keçir, deyir ki, ev yandı, yandı”, - deyə o qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Cinayət  


Bizi "telegram"da izləyin