Qırğızıstan parlamentinin sədr müavini Azərbaycana gəlib

2022/05/1652689856.jpg
Oxunub: 273     12:10     16 May 2022    
Mayın 16-da Qırğız Respublikası Joqorku Keneşinin sədr müavini Ulan Primovun başçılıq etdiyi parlament nümayəndə heyəti İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Üçüncü Ümumi Konfransında iştirak etmək üçün ölkəmizə səfərə gəlib.

Milli Məclisdən Ordu.az-a verilən məlumata görə, Heydər Əliyev Beynəlxalq Hava Limanında Qırğızıstan parlament nümayəndə heyətini Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, Azərbaycan-Qırğızıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Musa Quliyev, Qırğızıstanın Azərbaycandakı səfiri Kairat Osmonaliyev və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər mayın 18-də başa çatacaq.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin