Türkiyə ordusu pilotsuz helikopterlərlə təchiz olunacaq

2022/05/554-1652696257.jpg
Oxunub: 458     13:45     16 May 2022    
Bu ilin sonunadək Türkiyə ordusu dörd ədəd pilotsuz helikopterlə təchiz olunacaq.

Ordu.az bu barədə Türkiyə mətbuatına istinadən məlumat verir.

Qeyd olunur ki, ilk helikopter yaxın günlərdə Suriyanın şimalında antiterror əməliyyatlarına cəlb oluna bilər.

"Titra Teknoloji" şirkətinin istehsalı olan helikopterlər 8 saat ərzində havada qala bilər, uçuş yüksəkliyi 6,5 kilometr təşkil edir.

Bu helikopterlər kəşfiyyat, hərbi patrul, silah-sursatın çatdırılması kimi tapşırıqlar icra edəcək. Bundan başqa, pilotsuz helikopter meşə yanğınlarının söndürülməsinə cəlb oluna bilər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Dron  


Bizi "telegram"da izləyin