Ordu.az xəbər verir ki, bunu Ermənistan parlamentinin “Hayastan” fraksiyasının rəhbəri, sabiq müdafiə naziri Seyran Ohanyan deyib.
Onun sözlərinə görə, Ermənistan Silahlı Qüvvələrinin inkişafına və yenidən silahlanma proqramlarının həyata keçirilməsinə təsir edən təşkilati dəyişikliklər edilib, orduda nizam-intizama zərbə endirilib.
“Əminəm ki, bütün bunlar, eləcə də müharibə zamanı Ermənistan hakimiyyətinin uzaqgörənliyi yanlış qərarlara gətirib çıxarıb. Ermənistan Silahlı Qüvvələrinin inkişafı üçün mövcud olmayan islahatlar konsepsiyasını hazırlamaq lazımdır. Maarifləndirmə işi ilə döyüş ruhunun yüksəldilməsi çox vacibdir. Nəhayət, yenidən silahlanma və müasir hərbi texnikanın alınması proqramını həyata keçirmək lazımdır. Bütün bunları 4-5 il ərzində sürətlə həyata keçirmək olar”, - deyə Ohanyan bildirib.
Alpər Mövludoğlu
Ordu.az