“Ermənistan hakimiyyətinin Azərbaycana altı təklifi tamamilə biabırçılıqdır” - Aşotyan

2021/09/16713-1632560890.jpg
Oxunub: 558     13:12     16 May 2022    
“Ötən gün təkliflər açıqlandı və səmimi etiraf etməliyəm ki, bu, tamamilə biabırçılıqdır”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan Respublikaçılar Partiyasının sədr müavini Armen Aşotyan deyib.

Aşotyan qeyd edib ki, yəni uzun müddət heç kim Azərbaycana və beynəlxalq ictimaiyyətə Ermənistanın siyasi, diplomatik düşüncəsini, potensialını ələ salmaq üçün belə imkan verməyib.

“Nikol yalan deyir, Ararat yalan deyir, indi Edmon da onlara qoşulub. Ermənistan MDB-yə daxil olarkən Azərbaycanın ərazi bütövlüyünü tanımırdı, çünki ərazi bütövlüyü beynəlxalq strukturlara daxil olarkən tanınmır, ikitərəfli münasibətlər çərçivəsində tanınır”, - deyə o bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Ararat  


Bizi "telegram"da izləyin