Belarusun baş naziri Azərbaycana səfər edəcək

2022/05/1652689102.jpg
Oxunub: 288     11:44     16 May 2022    
Belarusun baş naziri Roman Qolovçenko mayın 18-də Azərbaycana işgüzar səfər edəcək.

Ordu.az xəbər verir ki, bu barədə Belarus hökumətinin mətbuat xidməti bildirib.

Qeyd olunur ki, baş nazir ikigünlük səfəri çərçivəsində Gəncə Avtomobil Zavoduna, "Caspian Agro" və "Interfood" beynəlxalq sərgilərinə, eləcə də "İqlim" Elmi-İstehsalat Müəssisəsinə baş çəkəcək.

Bundan başqa, səfər zamanı Belarus və Azərbaycan işgüzar dairələrinin biznes görüşləri planlaşdırılır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin