İran parlamentinin sədr müavini Azərbaycana gəlib

2022/05/1652689030.jpg
Oxunub: 275     11:43     16 May 2022    
İran İslam Şurası Məclisinin (parlament) sədr müavini Əli Nikzadın rəhbərlik etdiyi nümayəndə heyəti mayın 16-da Naxçıvan Muxtar Respublikasına səfər edib.

Ordu.az-ın xəbərinə görə, səfər zamanı İranın vitse-spikeri Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovla görüşəcək. Görüşdə qarşılıqlı əlaqələrin inkişaf perspektivləri müzakirə ediləcək.

Daha sonra Əli Nikzad və nümayəndə heyəti İqtisadi Əməkdaşlıq Təşkilatının (EKO) Parlament Assambleyasının 3-cü sessiyasında iştirak etmək üçün Naxçıvandan Bakıya yola düşəcək.

İran parlamentinin sədr müavini Azərbaycana 2 günlük səfəri zamanı bir sıra ikitərəfli görüşlər də keçirəcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Azərbaycan  


Bizi "telegram"da izləyin