“Türkiyənin vəzifəsi Ermənistanı, sonra Gürcüstanı, sonra isə Şimali Qafqazı özünə çəkməkdir” - Lepexin

2020/06/lpe-1593083960.jpg
Oxunub: 561     16:43     16 May 2022    
“Hesab edirəm ki, məxməri inqilab və ya onun bir hissəsi nəticəsində hakimiyyətə gələn elitaya bir çox məsələlərdə Qərb xüsusi xidmət orqanları tərəfindən təlim keçilib”.

Ordu.az xəbər verir ki, bunu AİB İnstitutunun direktoru və Avrasiya Ekspert Klubunun həmtəsisçisi Vladimir Lepexin deyib.

Onun sözlərinə görə, bu gün Ermənistanda insanların küçələrə çıxması təsadüfi deyil.

“Aydın deyilmi ki, Türkiyə Ermənistanı tədricən özünə çəkmək vəzifəsini qarşısına qoyub?”, - deyə Lepexin qeyd edib.

AİB İnstitutunun direktoru vurğulayıb ki, Türkiyənin vəzifəsi Ermənistanı, sonra Gürcüstanı, sonra isə Şimali Qafqazı özünə çəkməkdir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Qafqaz  


Bizi "telegram"da izləyin