“1in.am”: Qarabağ Ermənistanda totalitarizmə “qurban verildi”

2022/01/s_r-1643106093.jpg
Oxunub: 501     19:50     16 May 2022    
Bu günlərdə İrəvan küçələrində itaətsizlik hərəkatına başlayan parlament müxalifətinin üzvü Sağatelyan tribunadan hakimiyyətə gəlsə, 1994-cü ildəki danışıqlar miqyasına qayıdacaqlarını bəyan edib. Daha sonra nizamlanma prosesi ikitərəfli xarakter aldı: Ermənistan-Azərbaycan.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın nüfuzlu “1in.am” nəşri məlumat yayıb.

Nəşrə görə, Azərbaycan sonralar bu səhvə görə öz sərt siyasətini mərhələ-mərhələ qurub, onu neft-qaz resursuna, nəticədə maliyyə, iqtisadi və geosiyasi dividendə çevirib: “Bütün bunların “başlanğıc”ı danışıqlar çərçivəsinin itirilməsi ilə qoyuldu, o zaman Ermənistanın siyasi rəhbərliyi Qarabağın (qondarma qurum – red.) mövcudluğunun daha güclü və effektiv olacağını nəzərə alaraq, özü ilə əvəz edə biləcəyinə qərar verdi.

Məsələn, Robert Köçəryan bəyan etdi ki, Ermənistanın danışıqlar apardığını görən Qarbağ erməniləri özlərini daha müdafiə olunmuş hiss edəcək. Bu tənzimləmələr altında yalnız bir sadə impuls var idi: Ermənistanda qurulan totalitar sistem Qarabağın həmin totalitarizmə daxil etmədən yaşaya bilməzdi. Bu mənada qondarma qurum Ermənistanda totalitar idarəçiliyə maneə idi. Maraqlıdır ki, Robert Köçəryanın rəhbərlik etdiyi müxalifət hələ də “Ermənistan əlini yuyur” ideyası ilə oynayır”.

Nəşr qeyd edir ki, diplomatik və siyasi nöqsanlara görə Ermənistana qarşı ağır müharibədən sonra İrəvan çox şeyə sıfırdan başlamaq məcburiyyətində qaldı və hazırda problem həqiqətən də son dərəcə mürəkkəbdir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Totalitarizm  


Bizi "telegram"da izləyin