“1in.am”: Zəngəzur İran-İsrail münasibətlərində tarazlıq kimi

2021/12/89089-1639730832.jpg
Oxunub: 441     15:13     16 May 2022    
İsrailin keçmiş müdafiə naziri (2016-18) hazırkı maliyyə naziri Aviqador Libermanın Azərbaycana səfərindən sonra İsrailin Azərbaycanın aqrar sektoruna böyük investisiyalar yatırmağı planlaşdırdığı barədə məlumat yayılıb. Məlumata görə, investisiya proqramlarına 2020-ci il müharibəsi zamanı Azərbaycanın azad etdiyi ərazilər daxildir. Həmin müharibədə Azərbaycanın istifadə etdiyi silahların bir hissəsi İsrail istehsalı idi.

Ermənistan İsrailin investisiyalarından narahatdır. “1in.am” nəşri yazır ki, aqrar planlar İsrailin hərbi-siyasi strategiyasının tərkib hissələrindən sadəcə biri olacaq, bu çərçivəsdə Təl-Əviv Azərbaycanda, öz növbəsində İranın şimalında özünü daha dərindən qurmağa çalışacaq.

“Libermanın səfərinin yalnız bu məsələlərin müzakirəsi məqsədi daşısmasını demək səhv olardı. Hazırda Rusiya-Ukrayna müharibəsi fonunda ərzaq böhranı, ümumiyyətlə, beynəlxalq ticarət böhranı hamıdan, o cümlədən İsraildən həll yollarını tələb edir. Lakin paralel olaraq digər problemlər də həll olunur. Məhz bu baxımdan uzun illər Azərbaycanla sıx əməkdaşlıq edən keçmiş müdafiə naziri Libermanın ezamiyyətə göndərilməsi heç də təsadüfi deyil. Habelə bir neçə ay əvvəl Azərbaycan İranla bir sıra iqtisadi sazişlər, o cümlədən Naxçıvana boru kəmərləri ilə bağlı sazişlər imzalayıb.

Xüsusilə, Tehran İsrailin şimal sərhəddindəki strateji iqtisadi mövcudluğunu Ermənistanla Zəngəzur bölgəsində investisiya əməkdaşlığı proqramları ilə tarazlaşdıra bilər. Bu fikirlər, təbii ki, Tehranın aylar əvvəl Qafanda İran konsulluğunun yaradılması qərarının əsasını təşkil edir”, - deyə nəşr qeyd edib.

Alpər Mövludoğlu  
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zəngəzur   İsrail  


Bizi "telegram"da izləyin