Ordu.az xəbər verir ki, bunu erməni politoloq Yervand Bozoyan deyib.
Onun sözlərinə görə, əgər 10 noyabr sənədində Ermənistanın məğlubiyyəti yazılıbsa, əsaslı güzəştlər olubsa, bu gün, iki ildən sonra Nikol Paşinyan diplomatik sahədə sənəd vasitəsilə həmin məğlubiyyəti qeydə almağa çalışır.
“Bu, Ermənistanın gələcək inkişafı və təhlükəsizliyi üçün ağır nəticələrə səbəb olacaq, çünki ümumilikdə bu proqramlar həyata keçirilərsə, biz nəinki Qarabağı itirəcəyik, hətta bütün şərq sərhədlərimiz müdafiəsiz qalacaq”, - deyə Bozoyan qeyd edib.
Erməni politoloq vurğulayıb ki, Türkiyə və Azərbaycan diplomatik arenada əldə etdikləri qələbədən yararlanmağa çalışır.
Alpər Mövludoğlu
Ordu.az